Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Азербайджанская Кухня и не только” Facebook kulinariya qrupunun 10 yaşı tamam oldu



Newscenter.az.24.08.2021. Facebook sosial şəbəkəsinin ən məşhur və dadlı kulinariya qruplarından biri olan “Азербайджанская Кухня и не только” qrupunun 10 ili tamam oldu. Azərbaycanın məşhur simaları da bu münasibətlə qrupu təbrik etdilər (videonu təqdim edirik).

Facebook-un Azərbaycanda fəaliyyət göstərən ən qocaman qruplarından biri hesab olunan bu mehriban icma artıq 10 ildir ki maraqlı reseptlər, bir-birindən orijinal müsabiqələr, yarışmalar təşkil edir, faydalı rubrikalar ilə qrup iştirakçılarını daima kulinariyaya aid məlumatlardan xəbərdar edir. Yubiley ilə əlaqədar “Ən dadlı doğum günü şirniyyatı” adlı müsabiqə də başlayıb.

Bu günə qədər qrupda 3 ay davam edən və toyuq ətindən yeməklər hazırlamanması şərt olan “Dad yarat”, tərkibində süd məhsullarının istifadəsi mütləq olan “Qaymaqlı dadlar”, Azərbaycanın ən məşhur simalarının hazırladığı, qrup iştirakçılarının isə təkrarlamalı olduğu fantastik “Ulduzu təkrarla” müsabiqəsi təşkil olunub. Bunların arasında 6 ay davam edən və qrup iştirakçılarına virtual olaraq bütün dünyanı gəzməyə imkan verən “Dünyanın dadı” nüsabiqəsi xüsusi vurğulanmaldır. Belə ki, müsabiqə sayəsində iştirakçılarımız inanılmaz təcrübə və ailələri üçün minlərlə yeni reseptlərə sahib oldular.
Müsabiqələrə kişilər və uşaqlar da cəlb olunurlar. Kişilər üçün növbəti dəfə “Beynəlxalq atalar günü”nə həsr olunmuş “Kişilər bişirir”, uşaqlar üçün isə “Dünya uşaqlarının müdafiəsi günü”nə “4 yemək” uşaq kulinariya müsabiqəsi keçirilib. Uşaqlar bir ay ərzində sözün əsl mənasında səhər, günorta və axşam yeməkləri və hətta şirniyyatların hazırlanmasında böyük təcrübə topladılar və sanki ekspres kulinariya kursu keçdilər. Valideynlərin təşəkkür dolu məktubları və şərhləri buna sübut idi.

Nəzərinizə çatdıraq ki, hal-hazırda qrupda hər kəsin böyük marağına səbəb olan “Kişilər bişirir”,n ay ərzində fəal iştirakçılara hədiyyələr qazandıran “Ayın ən aktiv iştirakçısı”, “Tasty tales” (Dadlı söhbətlər), “Кулинарный всезнайка” (Kulinariya haqqında hər şeyi bilən), “Maraqlı faktlar”, “Diqqətinizə” və s. kimi kulinariyaya aid maraqlı və faydalı rubrikalar da fəaliyyət göstərir.

“Qrup yarandığı gündən pozitiv və xoş ab-hava yaratmağa nail olub və bunu illərdir qoruyub saxlayır. Qrupumuzda dünyanın hər bir yerindən iştirakçı var. Onlara həm Azərbaycan mətbəximizi tanıdırıq, həm də özümüz dünya mətbəxini birlikdə kəşf edirik. Məhz buna görə qrupun çiyinlərində böyük məsuliyyət var. Hər bir paylaşım, link, şərh bizim üçün çox vacibdir. Qrupun reputasiyası mənim üçün birinci yerdədir. Ailəmizə kimin qəbul olunması bizim üçün çox önəmlidir, ona görə də namizədlər ciddi feys kontroldan keçirlər. Fəxrlə dmək istəyirəm ki, qrupda təşkil olunan hər bir müsabiqə müəllif ideyalara əsaslanır və hər bir detalına qədər düşünülür. Nəticədə həç iştirakçılar, həm də təşkilatçılar razı qalırlar. Hal-hazırda da hamınızı bizim şirin müsabiqəmizdə iştirak etməyə dəvət edirəm, çox gözəl hədiyyələrimiz var”, - deyə qrupun admini, səs aktyoru Kübra Kərimli vurğulayıb.
Müsabiqəyə qoşulmaq üçün Facebookdakı “Азербайджанская Кухня и не только” qrupuna üzv olmaq lazımdır: https://www.facebook.com/groups/158809490864818/

“Ən dadlı doğum günü şirniyyatı” müsabiqəsinin şərtləri haqqında ətraflı məlumat qrupda paylaşılıb. İştirak etmək üçün son gün avqustun 31-dir.
Müsabiqənin sponsorları “Neptun” Supermarketlər Şəbəkəsi, “Sevimli Dad”, “DR Milk” və “Moon Atelier”dir.

Xatırladaq ki, “Азербайджанская Кухня и не только” qrupu 2011-ci ildən fəaliyyət göstərir və qrupun 26000 üzvü var və bu rəqəm günü-gündən artır.
Qrupun Instagram səhifəsi də var: https://www.instagram.com/azerbaycanskayakuxnya/?hl=ru
Xəbəri paylaş