Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Koroğlu” metrostansiyası istiqamətində yanğın başlayıb



Newscenter.az.24.08.2021. Hazırda Heydər Əliyev prospektində metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bu barədə Newscenter.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, sıxlıq yol kənarında baş verən yanğın səbəbindən yaranıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a bildirilib ki, 112 qaynar xəttinə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yanğın hadisəsi barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata əsasən, göstərilən ünvanda hasarın alkopandan ibarət üzlüyü yanır.
Xəbəri paylaş