Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Saatlıda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb



Newscenter.az.23.08.2021. Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşadığı evi qanunsuz tərk edən və ətrafdakı şəxslərə də virusun keçməsinə şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, rayonun Mollavazlı kənd sakini Zaur Əliyev COVID-19 virusuna yoluxduğu üçün ona ev şəraitində müalicə təyin edilib və qaydalar izah olunub. Lakin Z.Əliyev qaydalara əməl etməyərək yaşadığı evi tərk edib və virusun yayılmasına şərait yaradıb.

Onun olduğu yer polis əməkdaşları tərəfindən müəyyən edilib və həmin şəxs dərhal yaşadığı ünvana geri qaytarılıb.

Z.Əliyev barəsində Saatlı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Mehman
Xəbəri paylaş