Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ünsiyyət və şəbəkələşmə uğurlu işin təməlidir



Newscenter.az.24.08.2021. Sahə və peşədən aslı olmayaraq mükəmməl iş ərsəyə gətirmək arzusundasansa, burda olmaqla, bu istiqamətdə artıq bir addım atmış olursan. Əsas olan məsuliyyətində olduğun istənilən peşə və sahədə ən yüksək nəticələrə nail olmaq üçün produktiv çalışmaqdır.

Bunu vərdişə çevirdikdən sonra hər gün dəyişən və yenilənən iş həyatında peşəkar və mükəmməl işin yaradıcısı olaraq qala bilməkdir. Məktəb və ali təhsil ocaqlarında yiyələnmədiyin və ya təcrübədən keçirmədiyin bacarıqları artıq iş ortamında gündəlik rutin halına gətirmək, səni inkişafa aparacaq. Vəzifəndən və ya komandadakı rolundan aslı olmayaraq, özünü peşəkar kimi apar. İlk növbədə özün bunu icra etsən, ətrafdakıların da sənə və gördüyün işə münasibəti dəyişər. Yox əgər öz rolunu və gördüyün istənilən işi kiçiltsən, heç kəs əziyyətini qiymətləndirməz. Bundan əlavə geyim də, peşəkar görünüş yaradır ki, səndə özünə əminlik doğuracaq. Peşəkar görün ki, özünü peşəkar hiss edəsən. İşini bilən işçi olmaq əladır. Lakin bununla kifayətlənməməlisən. Dəyişən mühitə adaptasiya olub, yeni təşəbbüslərə can atan olmaqla, bir idarə üçün problem yaradan yox, həll yaradıcısı olacaqsan. İşində uğur qazanmaq istəyən, hər bir kəsin qızıl qaydası- özgüvənli olmaqdır. Bu da, bir anda baş vermir, təcrübə aldıqca, səhvlərdən öyrəndikcə, inkişaf etdikcə formalaşır. Fərgi dərhal danışıq tərzin, yerişin, oturuşun və davranışın göstərəcək. Artıq rəhbər pozisiyasındakı insanlar da sənə güvənə biləcəklərini, arxayın ola biləcəklərini hiss edəcəklər.

İş yerinə sadəcə qazanc mənbəyi kimi yanaşma. Soyuq və həvəssiz münasibətin həm işinə həm də insanlara təsir edir və gözə dəyir. Özünü elə apar ki, sanki bu xidməti otaq sənindir və məsuliyyəti sənin üzərindədir. Özünə əmin olduqdan sonra istənilən məkanı “mənimsəyə” biləcəksən. İstənilən iş görüşü və ya digər səbəbdən fərqli məkana dəvət aldıqda bu xüsusiyyətin səni peşəkarcasında gözə çarpan edəcək.

Ünsiyyət və şəbəkələşmə uğurlu işin təməlidir. Hansı sahədə işləməndən aslı olmayaraq, səni peşəkar edən ünsiyyət bacarıqlarındır. Verbal və qeyri-verbal ünsiyyət bacarıqlarını inkişaf etdirməklə, həm işçilər, əməkdaşlar və həmkarların ilə məhsuldar və peşəkar münasibətdə olacaqsan. İş yoldaşlarının hamısını tanımaq çətinliyindən, daxildə laqeydlik müşahidə oluna bilir. Lakin sən bir peşəkarsan, işlədiyin idarədə və həmkarların ilə yalnız işçi kimi yox, dost münasibəti yarat. Bu həm iş mühitini müsbət, həm də komanda ruhunu yüksək edəcək.

“Mən hər şeyi bilirəm” tip işçi həm özü inkişafa açıq olmur, həmçinin iş mühitində rəğbət ilə qarşılanmır. Onu bilməlisən ki, nə qədər təcrübəli olsan da, daim öyrənə biləcəyin yeniliklər mövcuddur. Rəqabətə dayanıqlı olmaq üçün öyrənməyə can atan işçi və lider olmağa çalışmalısan.
Bu məsləhətləri düzgün tədbiq etsən, hər işində mükəmməl olacaqsan!

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş