Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölümün nə dərəcədə ucuzlaşmasının şahidi oluruq



Newscenter.az.25.08.2021. Tənəffüs xəstəliyinə səbəb olan Covid-19 virusunun Azərbaycanda daha çox yayılması halları davam edir,Təbii ki, virusun kəskin şəkildə artmasl ilk növbədə sağlamlıq, həyat və ölüm məsələsidir. Koronavirusla bağlı yenidən Azərbaycanda həyəcan zəngi çalınır,bir sözlə, cəmiyyətimizdə virusla bağlı xaos yaşanır. Bəli, indi koronavirusla mübarizənin yeni mərhələsinə qədəm qoymuşuq.Artıq hər birimiz virusa yoluxma ehtimalının yüksək olduğunu dərk edir, qəbullanır, çarəsizlik içində ölümlə barışma ehtimalının hər an özünü və ya sevdiklərini yaxalayacağını düşünməsi beyinləri dumanlandırmaqdayıq......

Covid 19-un ölkəmizdə yayıldığı gündən ölümün nə dərəcədə ucuzlaşmasının şahidi oluruq.Hər gün bərabər olduğumuz insanlarin səhər virusa yoluxub həyatini itirməyəcəyinə zamin ola bilirikmi???

Həyat 3 mərhələyə bölünür uşaqlıq, gənclik və qocalıq. Bu üç dövrü çoxumuz yaşayırıq. Bəzilərimizə qocalmaq qismət olmazkən, bəzilərmiz qocalığa kimi ömür sürür. Burdan belə nəticəyə gəlmək olar ki, hamımız bizə verilən vaxt limiti əsasında yaşayırıq. Amma nədənsə bizlər bu vaxt limitini sonsuzluq kimi başa düşürük. Vaxt gəldikdə isə bu həyatla vidalaşırıq. Hər birimiz bu həyatda izlər qoyuruq. Həyat o izləri özündə saxlayır. Mənim üçün maraqsız olan o iz başqasının həyatı olur. Deməli həyat biz insanların bir-birimizə olan bağlılığından ibarətdir. Ailə, qohumluq, tanışlıq, dostluq.
Həyatın təxmin olunan, nəzarət edilən və davamlı olduğuna inanaraq yaşayırıq.Ancaq yaxın insanın itkisi,ölümlə qarşı-qarşıya gəlmə, xəstəlik kimi vəziyyətlərdə yaşamın əbədi zənn edilməsi öz etibarlılığını itirir.Ölüm,yalnız üzləşmə vəziyyətində qaldığımız yeganə təcrübədir;varlığımızı və təbiətimizi anlamaq üçün isə ən əhəmiyyətli anlayışlardan biridir.Məşhur psixiatr və nəzəriyyəçi Elisabeth Kubler-Ross,bu mövzuyla əlaqədar olaraq belə bir fikri irəli sürmüşdür:"Öz ölümümüzlə əlaqədar həqiqəti nə qədər tez qəbul etsək,həqiqi mənada yaşamağa o qədər tez başlayarıq".

Həyat - birlik, mübarizə, məğlubiyyət, qələbə - bunların vəhdəti əsasında yaşanılan bir dünyadır. Düşdükdə qalxmağı, göz yaşlarından sonra gülməyi bizə öyrədən həyatdır. Həyat əslində bizə verilən bir zamandır. Zaman isə geri dönüşü olmayan bir yoldur. Biz bu yolla irəliləyirik. Kimisi bu yolda başlanğıc addımını atarkən kimisi isə son addımını atır. Təzaddır həyat. Bəzilərmiz tox olarkən, bəzilərmiz ac və susuzdurlar. Bəzilərimiz yeni həyata qədəm qoyarkən, bəzilərimiz son mənzilə yola salınır.

Cənablar və xanımlar!

Gəlin bizə verilən bitəcəyi günü ,saatı bəlli olmayan dünyada cənnəti özümüz yaradaq! Heç kimin ayağından tutub arxaya çəkməyək,əlindən tutub yanımıza çəkək. Facebookda gözəl statuslar yox,həyatda sevgimizi paylaşaq. Divarlarda söyüş yazmaq əvəzinə,uğruna dastanlar yazılan sevgi yaşayaq. Əsəbdən sevdiklərimizə qışqırıb qəlb qırmayaq,ən uca dağlardan gücümüzü hayqıraq! İnsanlara yad gözlərlə baxmayaq,bizə baxan gözlərdə sevinc oyadaq. Ziyarət etmək üçün bayramları gözləməyək,hər günü bayram kimi yaşayaq. Qayğı göstərmək üçün səbəb axtarmayaq,itirəcəyimiz gün gəlmədən hər an sevdiklərimizin qeydinə qalaq ki,sonra peşman olmayaq. İrəliləmək üçün başqalarının uğurunu oğurlamayaq,öz gücümüzlə qazanaq. Yaratmaq üçün öldürmək istəmirəm,ümid ölməsin deyə səbəblər yaradaq istəyirəm. Bu ümidlə lazım gələrsə bir ömür yaşayaq.......
Bax belə... bu həyatı bizə verilən bir sınaq kimi başa düşək. Sadəcə bir sınaq. Burda məğlub yox qalib olaq....

Aygül Sadayqızı
"Qızıl qələm" media mükafati laureati.
Xəbəri paylaş