Newscenter.az.25.08.2021. Hörmətli oxucular, müəllifi olduğum “Humanizmin Azərbaycan Simvolu” kitabım capdan çıxmışdır. Kitabda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmzidə və dünyanın müxtəlif dövlətlərində həyata keçirdiyi misilsiz humanitar layihələrdən, planetar təfəkkürlü qadın lider kimi Azərbaycan qadınının hörmət və nüfuzunun artmasında rolundan və dövlətimizin əldə etdiyi uğurlara verdiyi sanballı töhfələrdən bəhs edilir.
Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətə ən böyük dəstək verən Mehriban Əliyevanın xidmətləri misilsizdir.
Mehriban xanım Əliyevanın çoxşaxəli zəngin humanizm missiyası Azərbaycanla müxtəlif ölkələr arasında mədəni-humanitar və ictimai-siyasi əlaqələrin inkişafına dərin zəngin töhfələr verməklə bugünkü dost və strateji münasibətlərin möhkəmlənməsində mühüm rol oynamaqdadır. Onun rəhbəri olduğu Heydər Əliyev Fondu beynəlxalq ictimaiyyətdə, Şərq və Qərb cəmiyyətində xeyirxahlıq və humanizmin simvolu kimi qiymətləndirilir. Fondun Avropa, Asiya, Afrika, Yaxın Şərq regionlarında elm, təhsil, səhiyyə, idman və digər sahələrdə həyata keçirdiyi mühüm layihələr minlərlə insanın həyatında dərin izlər buraxmışdır. Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti görə. UNESCO və ICESCO-nun Xoşməramlı səfiri kimi yüksək statusu qazanmasında mühüm rol oynamışdır. Bu, həm də Azərbaycan qadınının böyük uğurudur.
44 günlük Vətən müharibəsində düşmən üzərində böyük Zəfərin qazanılmasında Müzəffər Ali Baş Komandan, Cənab Prezidentimiz İlham Əliyevin ən yaxın silahdaşı kimi Mehriban Əliyevanın da əvəzolunmaz xidmətləri vardır.
Əziz oxucular, pandemiya ilə əlaqədar “Humanizmin Azərbaycan Simvolu” kitabın geniş təqdimatını keçirmək mümkün olmadığından elektron formada - PDF variantı ilə aşağıdakı link keçidi ilə tanış ola bilərsiniz:
https://cloud.mail.ru/public/uLHv/WxDp1kqJ3
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor