Newscenter.az.25.08.2021. Mehriban xanım Əliyeva Azərbay¬canı dünyada, beynəlxalq aləmdə sidq-ürəkdən təbliğ edir və şərəfləndirir. Siyasəti mərhəmət və şəfqətlə çuğlaşdıran, hər bir sahədə xoş məramı ilə fərqlənən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti mənsub olduğu xalqa sevgidən qaynaqlanır. O, ilk növbədə, Və¬təninə xidmət edir, onun tərəqqisinə çalışır, gələcəyini düşünür. Mehriban xanım Əliyevanın fəaliyyəti yalnız milli-mənəvi dəyərlərin, mənəvi və qeyri-maddi irsin dünya miqyasında təbliğinə deyil, eyni zamanda sivil dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəlib.
Bununla əlaqədar olaraq məqalədə UNESCO-nun sabiq baş direktoru İrina Bokovanın Mehriban xanım Əliyevaya ünvanladığı: “Sizi xoşməramlı səfirlər sırasında görmək bizim üçün – UNESCO üçün şərəfdir. Sizin nailiy¬yətlərinizin miqyasını bir adla əhatə etmək çətindir. Siz UNESCO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız” sözləri xatırladılır. Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfirlərinin toplantılarında, qurumun mötəbər tədbirlərində iştirakı, keçirdiyi görüşlər, dünyada təhsilin vəziyyəti və digər aktual mövzularda çıxışları böyük ma¬raqla qarşılanır. O həmin tədbirlərdə diqqəti həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəldir, işğal altında olan ərazilərimizdə tarixi-mədəni abidələrimizin məhv edilməsindən narahatlığını bildirir, bir sözlə, bu mötəbər beynəlxalq tribunadan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün məharətlə istifadə edir. Azərbaycanın birinci xanımının UNESCO-nun xoşməramlı səfirləri arasında da çox böyük nüfuzu var.
Qurumda daim nəcib təşəbbüsləri ilə seçilən Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilir. Onun gördüyü işləri xoşməramlı səfirlər üçün örnək hesab edirlər. Mehriban xanım Əliyeva xoşməramlı səfir kimi fəaliyyətindən danışarkən deyir: “Təbii ki, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi, bütün bu illər ərzində mən öz beynəlxalq fəaliyyətimi nizamlamalı olurdum. İlk növbədə, bu, mənim üçün dünya ictimaiyyətinə Azərbaycanın tarixini, mədəni irsini, bununla yanaşı, Azərbaycanın bu¬günkü siyasi və ictimai gerçəkliklərini çatdırmaq imkanı idi. Müasir Azərbaycanın nə demək olduğunu, onun əhəmiyyətini, siyasi mövqeyini, bu ölkənin potensialını dünya ictimaiyyətinə çatdırmaq lazım idi. Düşünürəm ki, bu istiqamətdə də xeyli iş görməyə nail olmuşam. Buna görə də mən gələcəyə nikbin baxıram. Düşünürəm ki, bütün bu illər ərzində toplanan təcrübə, vərdişlər mənə kömək edəcək.
Mehriban xanım Əliyevanın UNESCO-nun və ISESCO-nun idealları naminə fəaliyyəti, hər şeydən əvvəl, dünyada Azərbaycanın təqdimatına və təbliğinə yönəlib. Bu fəaliyyət həm də onu sübut edir ki, artıq Azərbaycan nəinki Avropa ailəsinə inteqrasiya edir, hətta bu ailənin ayrılmaz bir üzvüdür.
Məleykə Ağayeva,
YAP Sabirabad rayon təşkilatının sədri