Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DİQQƏT: Bu şəxslərin delta variantına yoluxma riski 13 dəfə çoxdur



Newscenter.az.26.08.2021. “İsraildə aparılan və uzun zamandır bitməsini gözlədiyim elmi tədqiqatın ilkin nəticələri artıq hazırdır. Bu tədqiqatın nəticəsi pandemiya dönəmində virusla mübarizənin elmi əsaslı olmasının vacibliyini bir daha özündə əks elətdirir”.

Newscenter.az xəbər verir ki, bu barədə açıqlamanı Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev verib. O bildirib ki, bu tədqiqatda ilk dəfə olaraq virusa yoluxub sağalanlarla sadəcə BionTech/Pfizer peyvəndini alanlar müqayisə edilib:

“Nəticəyə görə 6-8 ay öncə sadəcə peyvənd alanlarda delta variantına yoluxma riski xəstəliyə tutulub sağalanlarla müqayisədə 13 dəfə çoxdur. Tədqiqatın digər önəmli nəticəsi odur ki, xəstəliyə yoluxub sağalanlara tətbiq edilən BionTech/Pfizer peyvəndindən sonra yüksək qoruyuculuq müşahidə edilib. Təəssüf ki, peyvənd alanlar arasında xəstəliyə yoluxduqdan sonra ağır kliniki gedişatlara da rast gəlinib”.

Sevinc
Xəbəri paylaş