Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Humanizm simvolu, ümid, inam ünvanı, mərhəmət, xeyirxahlıq nümunəsi



Newscenter.az.26.08.2021. Qızmar avqust bir sıra tanınmış şəxsiyyətlərin dünyaya göz açdığı aydır. Bəlkə də təbiətin qanunauyğunluqlarından biridir ki, isti aylarda doğulanların qəlbi də insanlara hərarət bəxş etmək və həlim davranmaq baxımından xüsusilə fərqlənir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da avqustda dünyaya gəlib. Adətən ailədə övlad doğulub adı qoyularkən ata-babalarımızın folklor xəzinəsində yer alan gözəl bir alqış qopar hamının dilindən: “Adı ilə böyüsün, adına layiq övlad olsun!”

Bu günlərdə ömrünün növbəti yaşını qeyd etməyə hazırlaşan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da sözün bütün mənalarında bu alqışdan bolluca nəsibini almış bir insan olaraq adına layiq yaşayan şəxsiyyət kimi tarixə öz imzasını atmağı bacarmışdır.

Mehriban xanım Əliyeva adına uyğun olaraq hamıya şəfqətli, mehriban münasibəti, mərhəmətli rəftarı və örnək davranışı ilə millətinin qəlbində özünə yer tutmağı bacaran nəcib Azərbaycan qadınlarındandır. Humanizmin başlıca prinsiplərindən olan mərhəmət anlayışı onun ali həyat kredosudur. “İzvestiya” qəzetinə müsahibəsində də birinci xanım bunu qeyd etmişdi: “Zənnimcə, geniş anlamda, mərhəmət ən yaxşı və ən ülvi insani keyfiyyətlərdən biridir”. “Rossiya 1” telekanalına müsahibəsində isə bu fikrin məntiqi davamı gəlmişdi: “Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır - istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır”.

Məhz buna görə də bu gün Mehriban xanım Əliyeva istər dünyada, istərsə də ölkəmizdə humanizmin simvollarından biri kimi qəbul edilir.
Mehriban xanım Əliyevanın müasir dünyamıza bəxş etdiyi ən böyük dəyər - onun Sara Xatun, Tomris, Aləmşahbəyim, Natəvan, Nabat xanım kimi Azərbaycan tarixi və mədəniyyətinin görkəmli xanımlarının müstəsna keyfiyyətlərini özündə birləşdirməsi və yeni, daha mükəmməl şəkildə beynəlxalq miqyasda nümayiş etdirməsidir. Bu, dünyanı zərif çiyinlərində daşımaq qüdrətində olan bir xanımın azərbaycançılıq məfkurəsi uğrunda yorulmaz təbliğatı və dövlətçiliyimizin möhkəmlənməsi yolunda mübarizliyinin bariz nümunəsidir.Bu gün sözümüz də, fikrimiz də, düşüncəmiz də, addımlarımız da birdir. Bu bütövlüyün, uğurların, ciddi addımları Prezidentimizlə yanaşı qoşa addımladı Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyeva. Vətən müharibəsində şəhid olan oğullarımızın ailələrinin yanında, yaralı qazilərimizə xüsusi diqqət və həssaslıqla yanaşaraq lazım olan bütün addımlar atılması üçün bir çox layihələrin müəllifi oldu.

"Hər uğurlu kişinin arxasında o uğuru yaradan bir qadın vardır” deyirlər. Bu deyilmiş fikrin özünün nə qədər həqiqət olduğuna bir daha şahid olduq. Müharibədən sonra bütün işğaldan azad edilmiş ərazilərimizi ziyarət edən Prezidentimiz və xanımı Mehriban Əliyeva xalqımıza ailə bağlarının, birliyinin nümunəsi oldu. Biz 30 ildən sonra Qarabağımızın işğaldan azadlığına, qələbəmizin sevincinə, zəfərinə şahidlik edirik
Məhz bu məziyyətlər Mehriban xanım haqqında söz söyləmək istəyən hər bir şəxsin düşüncələrinin ana xətti ola bilər.

Mən də öz növbəmdə millətinin MEHRİBANı olmaq səadəti nəsib olmuş, Azərbaycanın Birinci vitse prezidenti və ölkənin birinci xanımı Mehriban Əliyevanın işıqlı və şərəfli bioqrafiyasının bundan sonra da onillər boyunca davam etməsini arzulayır və Azərbaycan var olduqca bu şanlı bioqrafiyanın hər zaman xalqımızın sonsuz qürur və fəxarət ünvanı olacağına inanıram.Hər bir azərbaycanlı müasir Azərbaycanın simvolu, xeyirxahlıq və ümid mücəssəməsi olan öz birinci xanımı ilə fəxr etməkdə haqlıdır.

Ad gününüz mübarək alicənablıq, insanpərvərlik, kübarlıq kimi ali insani dəyərlər, yüksək intellektə malik olan, qayğıkeş, müdrik, cəsarətli, güclü, eyni zamanda, zərif mərhəmətli, şəfqətli Mehriban xanım!Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində hər zaman yeni yollar axtarışında olan, xalqının taleyini öz taleyində yaşayan Mehriban xanıma can sağlığı, ailə səadəti, xoşbəxlik, sevinc dolu günlər arzulayıram.

Aygül Sadayqızı
YAP Gənclər Birliyinin fəalı
"Qızıl qələm" media mükafatı laureatı
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xəbəri paylaş