Newscenter.az.27.08.2021. Göyçə bölgəsində zəlzələ olub.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələ Aşağı Qaranlıq şəhərində baş verib. Yeraltı təkan episentrdə Rixter şkalası ilə 4-5 balla qiymətləndirilib. Ətraf ərazilərdə isə 3.3 bal, İrəvanda 2 balla hiss edilib.
Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində yerləşib. Fəsadlar barədə məlumat verilməyib.