Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabirabadda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb



Newscenter.az.27.08.2021. Sabirabad rayon sakini İsa Zülfüqarova koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin olunsa da, ancaq o, karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə onun rayon ərazisində olduğu yer müəyyənləşdirilib və dərhal yaşadığı ünvana qaytarılması təmin edilib.

İ.Zülfüqarov barəsində Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Mehman
Xəbəri paylaş