Newscenter.az.28.08.2021. Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) təşkilatçılığı ilə Bursada bir sıra tədbirlər və görüşlər keçirilib.
Newscenter.az xəbər verir ki, EkoAvrasiya, Özbəkistanın Ankaradakı səfirliyi və Bursanın Yıldırım bələdiyyəsinin təşkilatçılığı ilə Türk-İslam mədəniyyətinin önəmli mədəniyyət mərkəzlərinden biri olan Özbəkistanı bütün istiqamətlərdə tanıma imkanı yaradan "İpək Yolunun Ürəyi Özbəkistan" adlı fotoqraq sərgisi təşkil olunub.
Avqustun 27-də, Bursadakı Əmir Sultan məscidi önündə baş tutan sərgidə EkoAvrasiya rəhbəri Hikmət Eren və bərabərindəki heyət, eləcə də Özbəkistanın Ankaradakı səfiri Alişir Ağzamhocayev və TBMM-nin Bursa millət vəkili Osman Mesten və ictimaiyyət nümayəndələri iştirak edib.
Bursaya səfər çərçivəsində EkoAvrasiya rəhbəri Hikmət Eren, səfir Alişir Ağzamhocayev, TBMM-nin Bursa millət vəkili Osman Mesten eləcə də Özbəkistanın Bursadakı fəxri konsulu Ali Baklan Bursa valisi Yakup Canpolatı ziyarət edib, işgüzar görüş keçiriblər.
Hikmet Eren və bərabərindəki heyət Bursa Büyükşehir Bələdiyyə sədri Alinur Aktaşı da ziyarət edib, qarşılıqlı faydalı əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparıblar.
NEWSCENTER.AZ