Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəhayət Rusiya anlamağa başlayır ki, ......

Nəhayət Rusiya anlamağa başlayır ki, ......


Newscenter.az.28.08.2021. Nəhayət Rusiya anlamağa başlayır ki, təsir əks-təsirə bərabərdir. Məhz buna görədir ki, artıq Rusiyalı rəsmilər Rusiyaya qarşı sərhəddində çox ciddi oyunların həyacan təbilini çalmağa başlayıblar. Əvvəl Rusiya XİN başçısı Sergey Lavrov, indi isə Rusiya Müdafiə Naziri Sergey Şoyqu açıqlama verərək bildirib ki, "Rusiyaya qarşı "dərin iş" gedir. Ölkə sərhədi boyu anti-Rusiya təbliğatı mərkəzləri yaradılır".

Sergey Şoyqunun verdiyi açıqlamalardan belə aydın olur ki, Rusiya ən ciddi təhlükəni qərb cəbhəsindən gözləyir. Şoyqu açıqlama verərək bəzi qərb şəhərlərinin adını da açıqladı. Bu mərkəzlərin fəaliyyət göstərdiyi şəhərlər arasında Riqa, Tallin, Varşava və Helsinki də var. O, bildirib ki, Rusiyanın daxili işlərinə qarşmağa cəhd edirlər. "Əvvəla, bunlar ölkəmizin daxili işlərinə qarışmaq cəhdləridir. Tədricən, addım-addım bizə qarşı "dərin işlər" aparılır, Kalininqraddan Kamçatkaya qədər... Rusiyanın bir müdafiə sistemi qurması lazımdır"

Burada bir neçə versiya irəli sürməyə çalışır:

1) Rusiyada getdikcə nüfuzu zəifləmiş hakimiyyət ənənəvi olaraq bu tip manipuliyasiyalarla cəmiyyətin fikrini başqa səmtə yönəltməyə və bununla da cəmiyyətdə baş qaldıran aqressiyanı sakitləşdirməyə çalışır.
2) Həqiqətən də xaricdən Rusiyaya qarşı ciddi təhdiq və təhlükə var, ona görə Müdafiə Naziri Sergey Şoyqu xəbərdarlıq etməyə məcbur olur.
Maraqlısı isə odur ki, Rusiya qarşı təhlükənin olduğu dövlətlər arasında bir neçə regionda, xüsusilə Yaxın Şərq, Cənubi Qafqaz, Mərkəzi Asiya və Balkanlarda ciddi rəqabət halında olduğu Türkiyənin adı çəkilmir.

Rusiya rəsmilərinin Türkiyəni ya dilə gətirməməsi və yaxud da olduqca az dilə gətirməsinin isə bir neçə səbəbi ola bilər.

1) Türkiyəni özünə düşmən edib, onsuzda ağır olan vəziyyətini daha da ağırlaşdırmaq istəmir.
2) Qərblə Türkiyənin özünə qarşı formalaşmaq ehtimalı yüksək olan fikir birliyini zəiflətməyə çalışır.
3) Türkiyənin təsir gücünün çox olduğu regionlarda da özünə daha artıq düşmən qazanmaq istəmir.
4) Ən vacib iqtisadi tərəfdaşını itirmək istəmir.
5) Daxilində yaşayan və Türkiyə ilə yaxınlığı ilə seçilən türkdilli xalqların aqressiyasını görmək istəmir.

Fikrimcə, Rusiya üçün indi ən vacib məsələ qərblə münasibətləri normallaşdırmaq və özünə qarşı düşmənçilik meyillərini azaltmaqdır.

Samir Hümbətov-siyasi şərhçi
Xəbəri paylaş