Newscenter.az.28.08.2021. Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayonun Nabatkənd kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Polis əməkdaşları tərəfindən qayda pozuntusunun qarşısı alınıb, çayxananın icarədarı V.Həsənov və orada olan müştərilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Mehman