Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Toylarda yaşı 18-dən yuxarı bütün qonaqlardan COVID-19 pasportu tələb olunacaq



Newscenter.az.28.08.2021. 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır.

Newscenter.az xəbər verir ki, bu Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli qərarına dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, daha əvvəl 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlikdə iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmurdu.

Həmçinin qərarda qeyd olunub ki, ictimai iaşə obyektlərində monitorinqlər, habelə 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçiriləcək.

Daha əvvəl qeyd olunan nəzarət tədbirləri həmin qurumlar tərəfindən 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində keçirilirdi.

Qərar sentyabrın 1-dən qüvvəyə minir.
Xəbəri paylaş