Newscenter.az.29.08.2021. Salyanda gənc oğlan Kür çayında batıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.
İlkin məlumata görə, 15 yaşlı gənc (ad və soyad dəqiqləşdirilir-red) Kür çayına düşərək boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib, axtarışlar işləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.