Newscenter.az.30.08.2021. Azərbaycan Silahlı Qüvvələrinə Ermənistan tərəfinin təxribat fəaliyyətinə dərhal adekvat cavabın verilməsi tapşırılıb.
Newscenter.az xəbər verir ki, bu barədə tapşırığı müdafiə naziri Zakir Həsənov bu gün keçirilən xidməti müşavirədə verib. Ermənistan-Azərbaycan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyəti təhlil edən müdafiə naziri həmçinin, qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin praktiki məşq etdirilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıqlar verib.