Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Molla Pənah Vaqif kim idi?

Molla Pənah Vaqif  kim idi?


Newscenter.az.30.08.2021. Şuşada keçirilən Vaqif poeziya günləri çərçivəsində araşdırmaçı jurnalist, dosent Zaur Əliyev Molla Pənah Vaqif barədə araşdırma materialı hazırlayıb.

Newscenter.az həmin araşdırma materialını təqdim edir:

Qacarın Qarabağa hücum niyyəti də olmayıb. Çünki İbrahimxəlil xan da daxil bir çox Azərbaycan xanlıqları Qacar hakimiyyətə gəldiyində onu hüquqi hökmdar kimi tanıyıblar. Gürcüstanla Rusiya arasında 1781-ci ildə imzalanmış "Georgiyevski" sülhü var. Gürcüstan Rusiyanın hakimiyyəti altına girir. Qacar çar İrakliyə yazır ki, yüzillər boyu sən bizim – türklərin qulu olmusan, nəyə görə Rusiyaya tərəf keçirsən, öz səhvini düzəlt. İki dəfə hücum edir Tiflisə. Birinci hücumda da, ikincidə də Şuşada dayanır və Tiflisi alır. Tifilisə hücum zamanı ona xəbər verirlər ki, Qarabağ xanlığı Rusiya ilə gizli danışıqlara gedib. Ağaməmməd şah xanlıqların Rusiya ilə gizli anlaşmaya getməsin eşidəndə qəzəblənir və dərhal 85 minlik qoşunla şimali Azərbaycana qarşı yürüşə başlayır. Onun Qarabağ və digər xanlqıları işğal etmək planı ilk illərdə yox idi. Ümid edirdi ki, xanlıqlar xaçpərəstlərlə iş birliyinə getməz. Lakin Rusiya ilə onların yaxınlşaması barədə kəşfiyyat ona məlumat gətirəndə dərhal hücuma başlamaq qərarına gəlir. 1797-ci ilin ilk baharında Ağa Məhəmməd şah güclü ordu ilə növbəti səfər Qarabağ istiqamətində hücuma başladı.

İbrahim Xəlil xanın Car əyalətinə qaçmasından sonra Şuşaya daxil olmasından bir müddət öncə İran şahı olmaq ümidi ilə yaşayan Sadıq xan Molla Pənah Vaqifə və Rus ordusunda Pyotor Stepanoviç Kotlyarevskiyə məktub yazır. Qeyd edim ki, Kotlyarevski Azərbaycanda qalmağı və buranı təkbaşına idarə etməyi çox arzulayırdı. Kotlyarevski bunun üçün xanlqıları məhv etmək, İran və Osmanlı saraylarını bu regiondan uzaq tutmaq idi. O məktubunda yazır “Əlahəzrət General, Şah Şuşanı almaqda israrlıdır. O, buranı alsa Tehrandan sonra ikinci paytaxt buranı elan edəcək. Daha sonra bütün xanlqıları bir araya gətirəcək. Əmrinizə tabeyəm.”

Cavab məktubu qısa olur “Əlahəzrət Çar sizin bu xidmətinizi böyük dəyərləndirir. Şahın orda qalmasının qarşısın ala bilməsəniz, öldürün. Sadıq xan İran hökmdarı olacağınıza əminik. Siz narazı Məmməd bəyin köməyindən yararlana bilərsiz” (Esnadi ez Revabet-ı İran ve Rusye ez Safaviye ta Kacariye, Ter. Rahim Musulmanyan Kubadiyani, Behruz Musulmaniyan Kubadiyani, Tahran 1387)

Qarabağ xanın vəziri Molla Pənah Vaqif, Sadıq xan xan və Kotlyarevski dostlaşmışdır. Bu dostluğa səbəb isə Şah Qacarın sağ əli Sadıq xan da vəzir Vaqif kimi rusiyameylli idi. Onların gizli yazışmaları var idi. Gizli yazışmaları ermənilər daşıyırdı. Hətta ermənilərə vəd verilmişdi ki, onların məlikliyinə xüsusi səlahiyyətlər veriləcək. Habelə, dəfələrlə Molla Pənah Vaqif məclislərdə Osmanlı sarayından daha çox Rusiyadan dəstək alınaraq İrana qarşı müdafiə olunmağı təklif etmişdi. O, Osmanlı sarayı ilə yazışmaları, digər vəzir Mirzə Əliməmməd xanın İstanbuldan yox cavabı ilə gəlməsini əsas tutaraq Rusiyanın himayəsinə keçməyi ən çox müdafiə edən şəxs idi.

Qeyd edim ki, Tifilisdə General Stepan Burnaşovla görüşü olur. Burnaşov Vaqifi inandıra bilir ki, Rusiya himayəsi onlar üçün yeganə çıxış yoludur. (Описание областей Адербижанских в Персии и их политического состояния”1793).

Sadıq xan və Molla Pənah Vaqiflə yazışan Kotlayerski rus himayəsi altında Qarabağın inkişaf edəcəyini və sonradan da İranda Sadıq xanın hökmran olacağını vəd edirdi.

Sadıq xanın ona olan məktublarının birində yazılır: “General Kotlyarevski, biz Sizin humanist biri olduğunuza əminik və inanırıq ki, həşəmətli Çar bizi əsla unutmayacaq və verilən vədlərə əməl olunacaq” (Акты, собранные Кавказскою Археологическою Комиссиею. Том 7. Издан под редакциею Ад.Берже.Тифлис, 1878 г., 995 с., с. 481.)

Kotlyarevskinin ona cavab məktubunda isə yazılır: “Əlahəzrət Çarın diqqəti üzərinizdədir. Siz Çara sadiq olduqca, onun himayəsindən yararlana bilərsiniz. Bunun üçün Qacarların bura yürüş etməsinin qarşısı alınmalıdır. Çalışın, o saraya daxil olun və tapşırıqları gözləyin” (“Русская старина”. Ноябрь 1894 г.)

Qısa olaraq deyim ki, Vaqif Qarabağın Azərbaycandan qoparılması məsələsində vasitəçilik edib. Yekaterina ona görə ona qızıl əsa da bağışlayıb və bu əsanı görən İbrahimxəlil xanla araları bir müddət soyur. Lakin sonradan sarayda daxili çevrilişdən narahat olan Xan onu yenidən yanına çağrır.
Vaqif sonradan Batmanqılınc tərəfindən dağdan atılaraq öldürülür. Sovet dövründə ən çox təbliğ edilən Vaqif barədə çoxlu əfsanələr yaradılmışdır. Bu isə Vaqifə rusların bir növ “minnətdarlığı” idi. Hətta mərhum Səməd Vurğun subliminal olaraq öz “Vaqif” poemasında bunu belə təsvir edir:
İbrahim xan onun əlindəki əsanı görür və soruşur ki, “o əsa nədir?” Vaqif isə deyir ki, “Rusiya padşahı o Yekaterinadan bir hədiyyədir”. İbrahim xan M.P.Vaqifdən soruşur: “Aha... De, sən hara? Rusiya hara? Yoxsa satılmısan o kafırləra?

Fotoda görsənən bu qızıl əsa Qarabağ xanı İbrahimxəlil xanın vəziri, şair Molla Pənah Vaqifə aiddir. Əsanı ona Rusiya imperatiriçası II Yekaterina (Böyük Yekaterina) bağışlayıb.

Qarabağ xanı İbrahimxəlil xanın Rusiya ilə diplomatik yazışmaları olub. Bu gün həmin yazışmalar Rusiya arxivlərində saxlanır. II Yekatrina Qarabağ xanının məktubların oxuyanda yazıda olan peşəkarlıq, yüksək diplomatik sözlər, Qərb ruhuna yanaşma və onun şəninə yazılan xoş sözlərdən çox xoşu gəlir. Şərqin o zamankı iki güclü dövləti Osmanlılar və Qacar dövlətindən gələn diplomatik məktubların qeyri peşəkarlığından daima narazı olan II Yekatrina Qarabağ xanlığının üslübundan çox razı qalır. Soruşanda ona deyirlər ki, bəs məktubu tərtib edən Xanın birinci vəziri Molla Pənah Vaqifdir. Şairdir və ədəbiyyatçıdır. Bunu eşidən II Yekatrina Qarabağ xanının vəzrinə belə dəyərli qızıl əsanı göndərməyi tapşırıq verir.

Bu qızıl əsa Qarabağ xanlığının süqutundan sonra rus zabitləri tərəfindən müsadirə edilir. Onu erməni kilsəsi pulnan alıb özlərində saxlayırlar.

Zaur Əliyev- dosent
Xəbəri paylaş