Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentimizin işğaldan azad olunmuş ərazilərə edilən hər səfəri düşmənlərimizə yeni mesajlar deməkdir



Newscenter.az.30.08.2021. “Cənab Prezident İlham Əliyevin Qarabağın yenidən qurulması və bərpasında bizə rəqib olanı zamandır ifadəsi real həyatda öz təsdiqini tapıb. Azərbaycanın rəşadətli ordusunun torpaqları erməni işğalından azad etməyindən cəmi 9 ay keçib. Bu müddətdə işğaldan azad olunmuş ərazilərdə görülən işlərin, icra olunan layihələrin əhatə dairəsi o qədər genişdir ki, hətta iki Lüksemburq ölkəsinin yenidən tikilməsinə bərabərdir”. “

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Badamov səsləndirib. Millət vəkilinin sözlərinə görə, bu, bəzi dövlətlər üçün bir yuxu kimi görünür:

“Azərbaycan bu illər ərzində ancaq işğala son qoydurmaq üçün müharibəyə hazırlaşmadı. Həm də müharibədən sonrakı dövürdə işğaldan azad olunmuş torpaqların yenidən qurulmasına, bərpasına və Böyük Qayıdışın həyata keçirilməsinə hazırlaşırdı. Əgər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi gücü zamanında formalaşmasaydı bizim üçün müharibənin aparılması və sonradan azad olunmuş ərazilərin bərpası çətin olacaqdı. Bu gün isə biz torpaqlarımızı azad etdik və heç kimin dəstəyi olmadan, heç kimdən borc almadan işğaldan azad olunmuş əraziləri cənnətə çeviririk. Füzuli hava limanında son tamamlama işləri gedir, ağıllı kənd layihələri icra olunur, yol və sosial infrastruktur müasirləşir, tarixi-mədəni abidələrə yeni həyat verilir, milli mənəvi dəyərlərini özündə əks etdirən şəhərlərin baş planı təsdiq olunur, ərazilər minalardan təmizlənərək təhlükəsiz həyat şəraitinin quruılması üçün işlər görülür”.

Azər Badamov deyib ki, bu, həm də Azərbaycanın gələcəyə olan baxışlarının göstəricidir:

“Ermənistanın torpaqlarımızı işğal etməsində məqsədi talamaq, dağıtmaq, saxta yollarla özününkiləşdirmək olmuşdusa, Azərbaycanın məqəsdi yaratmaq, yenidən bərpa etmək, əsil tarixini özünə qaytarmaq və 30 il erməni əsarətində olmuş torpaqlara yenidən azad nəfəs verməkdən ibarətdir. Əgər biz kənardan bu prosesləri izləyərək dəyər veririksə, bütün bu proseslərin əziyyətini çəkən, içində olan, yükünü daşıyan, gecəni-gündüzə qataraq Azərbaycanın parlaq gələcəyini düşnünən Prezident İlham Əliyev və I vitse prezident Mehriban xanım Əliyevadır. Prezidentimizin işğaldan azad olunmuş ərazilərə edilən hər səfəri özü ilə yeni bir ruh gətirir və düşmənlərimizə yeni mesajlar deməkdir. Biz qayıtmışıq! Qarabağ Azərbaycandır!”

Mehman
Xəbəri paylaş