Newscenter.az.30.08.2021. Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayonda yaşayan Vətən müharibəsi şəhidlərinin ailələrini və aztəminatlı ailələri ziyarət ediblər. Onların problemləri ilə maraqlanıblar.
Newscenter.az xəbər verir ki, polis işçiləri şəhid ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət sovqatları təqdim ediblər.
Görüşdə Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, qələbə əzmi barədə danışılıb, şəhidlərimizin hünəri, əziz xatirəsi yad edilib.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Mehman