Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətəndaşlarla birbaşa ünsiyyət yaratmaq imkanına malik olan şəxs deputatdır



Newscenter.az.30.08.2021. Bu günlərdə Dövlət Sosial Müdafiə Fondu Milli Məclisin bir qrup deputatı ilə görüş keçirdi.

Görüşdə DSMF-in İdarə Heyətinin sədri Himalay Məmişov Fondun fəaliyyət istiqamətləri, hədəfləri və prioritetləri barədə məlumat verdi. Vətən müharibəsi iştirakçılarına, şəhidlərin ailə üzvlərinə sosial ödəniş təyinatlarının proaktiv qaydada aparılmasından, bu kateqoriyadan olan insanlara DSMF-in bütün regional ərazi filialları və qəbul şöbələrində növbəsiz xidmət göstərilməsindən danışdı.

Daha sonra Milli Məclisin üzvləri olaraq DSMF-nin rəhbərliyinə ünvanladığımız suallara aydınlıq gətirildi. Sualları cavablandıran H.Məmişov, hər bir vətəndaş müraciətinə fərdi yanaşıldığını və fəaliyyətlərində vətəndaş məmnunluğunun prioritet olduğunu bildirdi.

Görüş zamanı, DSMF tərəfindən təşkil edilmiş bu cür görüşlərin davam etməsinin vacibliyini vurğuladım. Seçicilərimin ən çox ünvanlı sosial yardım, işsizlik və məşğulluq məsələləri ilə bağlı müraciət etdiklərini diqqətə çatdırdım və ümidvar olduğumu bildirdim ki, bundan əvvəl Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilmiş görüş və ya Dövlət Sosial Müdafiə Fondunun təşkil etdiyi bugünkü görüş, sosial problemlərin həllində səmərəli rol oynayacaq.

Onu da qeyd edim ki, vətəndaşlarla birbaşa ünsiyyət yaratmaq imkanına malik olan şəxs deputatdır. Təbii olaraq vətəndaşı narahat edən problemlər haqqında ən çox məlumatlı olan da biz millət vəkilləriyik. Vətəndaş problemlərində sosial və işsizlik məsələlərinin üstünlük təşkil etdiyini nəzərə alsaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi və ya Dövlət Sosial Müdafiə Fondu ilə Milli Məclisin deputatları arasında əməkdaşlıq münasibətləri yaratması təqdirəlayiqdir və vətəndaş problemlərinin həllində xüsusi əhəmiyyət daşıyır. ​

Vətəndaşlarımızın rifahı naminə Dövlət Məşğulluq Agentliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən təşkil edilən görüşlərimizin uğurla davam edəcəyindən əminliyimi ifadə edir, ƏƏSMN-nin bu qurumlarına keçirdiyi görüşlərə görə təşəkkürümü bildirirəm.

Jalə Əhmədova
Milli Məclisin deputatı
Xəbəri paylaş