Newscenter.az.30.08.2021. Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatı, "ZİRVƏ" Ziyalılar təşkilatının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin Mədəniyyət Üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri Sənan Talıbovun dəstəyi ilə Ulu Öndərimiz Heydər Əliyevin 98-ci il dönümünə həsr olunmuş “Vətənpərvərlik Etüdləri” sərgisi bu dəfə Xızıda baş tutub.
Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Rəssamlar İttifaqının həqiqi üzvləri layihə və etüd rəhbərləri Elnurə və Aygün İsgəndərovalar “Vətənpərvərlik Etüdləri”nin bir ilk olmaqla yanaşı artıq beş ildir ki, həyata keçirildiyini deyiblər. Vurğulanıb ki, burada əsas məqsədlərdən biri də bölgələrimizi daha yaxından tanımaq və eyni zamanda kənd turizminin inkişafına dəstək olmaqdır. İlk öncə etüd iştirakçıları olan yeniyetmə və gənclər Xızının Sayadlar kəndində yerləşən görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin ev muzeyində oldular. Muzeyin direktoru Orxan Əzimov muzeyin tarixi, şairin yaradıcılığı, keçdiyi keçməkeşli həyat yolu, ailəsi haqqında geniş məlumat verdi. Sonra iştirakçılar muzeyin eksponatları ilə yaxından tanış oldular. Xüsusi diqqət çəkən Xızının tanınmış rəssamlarından olan Minayə Dəyanətin M. Müşfiqin demək olar ki, bütün həyatını əks etdirən portreti və Sənan Talıbovun şəxsi təşəbbüsü ilə ərsəyə gələn "Oxu tar" abidəsi idi.
Sonda xatirə şəkilləri çəkildi. Daha sonra etüdün həyata keçirilməsi üçün akvarel dağları adlandırılan Xızı dağları və Altıağac Baxışlı kəndi ərazisində rəssamlar bir-birindən gözəl əsərlər yaratdılar. Etüd iştirakçıları ADRA-nın Rəsmiyyə Mahmudova və tələbələri "Zirvə" Ziyalılar təşkilatı tərəfindən diplomla təltif olundular. Eyni zamanda "Sərin Bulaq" restoranında ləziz mətbəx nümunələrindən daddılar. Xatırladaq ki, təşkilatçı Aygün İsgəndərovanın bildirdiyinə görə Ulu Öndərimiz Heydər Əliyevin 98-ci il dönümünə həsr olunmuş “Vətənpərvərlik Etüdləri” il boyu davam edəcək.
NEWSCENTER.AZ