Newscenter.az.1.09.2021. Bu günə qədər Azərbaycan tarixində belə bir fikir formalaşıb ki, Bakıda tikilən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tikintisini Bakı neftinin hesabına varlanan Mayılyan qardaşları hansısa müğənni qıza görə tikdirib. İlk öncə Mayılyan qardaşları barədə qısa məlumat verim. Mayılyan qardaşları Daniel, İvan (Hovannes) və Lazardan ibarət olmaqla üç qardaş olmuşlar. Bakıya gələn zaman Mayılyan soyadlı qardaşlar beş il ərzində taxta sexində gecə gündüz çalışırlar. Beş ilə bir milyon pul toplayaraq Mayılov qardaşları kimi Bakıda sənəd alırlar. O zaman Rusiya imperiyasının təəbəsi olaraq ov-yev soyadı daşıyanlara güzəşt olduğudan onlar soyadlarından yan-ı götürüb ov edirlər. Bundan sonra onlar Bakı kəndlərində bir neçə torpaq alırlar və bəxtlərindən neft fontan vurur və dünənki taxta sexində işləyən qardaşlar neft milyonçularına dönürlər. Qardaşların əsas gəlirləri Bakı ətrafı kəndlərdə yerləşən neft mədənlərindən gəlməkdə idi və bununlada dövrünün varlı sənaye kapitalistlərinə çevirilmişdilər. Neft sənayesi ilə yanaşı Rusiya imperiyasının bazarındakı kürü biznesidə bir müddət Mayılov qardaşlarının nəzarəti altında olmuşdur. Qardaşlardan böyüyü Daniel əsas idarəçi idi və o hər yerdən pul qazanmaq üçün yollara əl atırdı.
O zaman şayiə yayılmışdı ki, məhz Bakıda belə bir gözəl binanın tikilməsi hansısa müğənni qıza görə baş verib. Guya bu binanın tikilməsi və xərci ermənilərə aiddir. Mərhum Manaf Süleymanov da o zaman dildə dolaşan bu söhbəti eşidib kitabında bu cürə yazdığına görə bir çoxları da buna istinad verirlər. Guya məşhur bir opera müğənnisi Bakıya gəlir, müxtəlif binalarda, Fond Birjasında, kazinoda, Nikitin qardaşlarının taxta sirkində konsertlər verir.Müğənniyə aşiq olan milyonçu Daniel Mayılov ondan bir də nə vaxt konsert verməyə gələcəyini soruşduqda, müğənni cavabında, teatrdan kənarda çıxış etməyə alışmadığını və Bakıda belə bir bina olmadığını bildirib, “heç vaxt” deyir. Mayılov bir il ərzində binanı tikdirəcəyinə və onu yeni teatr binasının açılışına dəvət edəcəyinə söz verir. Və tikilir. Həmin müğənni qız da Bakıda konsert verir.
Lakin bu tetarın tikilməsi barədə şayələrdən başqa heç bir şey deyildir. Şayələrdə adı çəkilən aktirasının adının Antonina Vasilyevna Nejdanovaolduğu deyilir. Rus opera müğənnisi (lirik-koloratura soprano) olan Antonina Vasilyevna Nejdanova heç bir zaman Bakıda olmayıb. Hətta şayələrdə guya onun Yaponiyaya getməsi və bundan bir il sonra Bakıya gəlməsi də deyilir. Əslində Antonina Vasilyevna Nejdanova heç bir zaman Yaponiyada konsert proqramında da iştirak etməyib. O, tez-tez Sankt-Peterburqdakı Mariinski Teatrında, eləcə də Kiyevdə və Odessada oxuyurdu. Bir sözlə Bakıya gəlməsi və onun üçün bu binanın tikilməsi barədə yayılan şayələr yalan xəbərdən ibarətdir. Bəs Mayılov qardaşları binanı nə üçün tikiblər?
Bakı nefti təkcə iqrtisadiyyatın hərəkətverici qüvvəsi deyildi. Bəli, neft yağışları şəhərin həyatına bəzi narahatlıqlar gətirdi. Lakin eyni zamanda mədəniyyət və incəsənətin inkişafına da təkan verdi. Qastrol teatrları tez-tez Bakıya gəlməyə başlayanda opera teatrının tikilməsi zırurəti yarandı. Bakıya gələn sənət adamları Fond Birjasında, kazinoda, Nikitin qardaşlarının taxta sirkində konsert verirdilər və buna görə də Mayılov qardaşları Bakıda gəlir gətirən bir teatrın tikilməsinə qərar verirlər. Sırf pul qazanmaq və Bakıya gələn sənət adamlarına erməniləri tanıtmaq məqsədilə alınan bu qərarla 1910-cu ldə Mayılov qardaşları Bakı meriyasına müraciət edirlər. Onlar öz torpaq sahələrində opera və balet teatrı tikmək qərarına gəlirlər. Əlbəttə ki, meriya razılıq verdi. Bir il ərzində isə yeni teatrın binası tikildi. Əsas kimi isə Milanın "Del Verme" teatrı götürüldü. Qubernski – Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır. Bu günlərdə Tifilis şəhərində olan Hacı Zeynalabdin Tağıyev Bakıya qayıdanda bu barədə eşidir. Bunu eşidən Tağıyev isə bildirib ki, bir ilə daş bina tikmək mümkün deyil. Mayılov isə təklif edib ki, əgər binanın tikintisini vaxtında bitirə bilməsə, bina Tağıyevin adına keçəcək, çatdırsa, Tağıyev tikintinin bütün xərclərini ödəyəcək. Beləliklə, cəmi on ay ərzində – 1910 – 1911-ci illərdə memar Nikolay Bayevin layihələşdirdiyi teatr binası hazır olur. Hacı Zeynalabdin Tağıyev binanın vəd olunan vaxta qədər tikildiyi üçün, söz verdiyi kimi binanın inşaat xərclərini ödəmişdir.
Teatrın ilk tamaşası Boris Qodunov operası olub. Mayılov teatrında, əsasən, rus opera truppası oynayırdı (bəzən həftənin altı gününü). Teatrın icarədarı (antreprenyoru) Pavel Amiraqo idi. O, sərbəst, istədiyi vaxt, istədiyi səyyar rus truppaları ilə müqavilə bağlayırdı. Azərbaycan opera tamaşaları on beş gündə bir, ya da ayda bir dəfə Mayılov teatrı binasında göstərilirdi.
Tikildiyi zamandan bəri müxtəlif tarixi hadisələrə şahid olmuş, hətta yanğına uğramış bu möhtəşəm bina az qala yüz ildir bakılıları, həm də şəhərin qonaqlarını heyrətləndirməkdə davam edir. Sovetlərin gəlişindən sonra - 1920-ci ildə Birləşmiş Dövlət Teatrı kimi fəaliyyət göstərən teatr 1924-cü ildən müstəqil Opera və Balet Teatrına çevrilir.
Zaur Əliyev, dosent