Newscenter.az.1.09.2021. Avqust ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 4 636 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində (telefon: (+99412) 599-12-22) 2 097 zəng qəbul edilib.
Newscenter.az xəbər verir ki, ötən ay BŞTİ-yə 1 856 sənəd (vətəndaşlar tərəfindən 758 ərizə, Təhsil Nazirliyindən 154, digər qurumlardan 116, məktəblərdən 421 məktub, 23 strukturdaxili yazışma və 384 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 683 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.
R.Mehdiyeva