Newscenter.az.1.09.2021. Beynəlxalq Türk Akademiyasının (International Turkic Academy) prezidenti Darxan Kıdırəli Qırğız Respublikasına səfəri çərçivəsində Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev, təhsil və elm naziri Bolotbek Kupeşev, Qırğız Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Jeenbek Kulubayevlə görüşüb.
Newscenter.az xəbər verir ki, görüş zamanı Türk Akademiyasına üzv ölkələr arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qırğız Respublikasının müstəqilliyinin 30 illiyi tədbirlərində iştirak edən D.Kıdırəli, Akademiyanın Qırğızıstanla bağlı nəşrlərini də təqdim edib.
Görüşlərdə Türk Akademiyasının qardaş ölkələrin ortaq dəyərlərinin öyrənilməsi və əməkdaşlığın gücləndirilməsi istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.
Mehman