Newscenter.az.1.09.2021. Azərbaycanın dilbər güşələrindən olan Şuşa haqqında çox yazılıb. Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq uslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan mədəniyyətimizə , ədəbiyyatımıza , incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Qarabağın dilbər guşəsi olan Şuşa Şərqlilrə məxsus arxitekturası ilə də fərqlənir.
Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir. Bəlkədə fərq etməz bir əcnəbi üçün Şuşa dünya xəritəsində olan şəhərlərdən adi birisi, Azərbaycana, Qarabağ bölgəsinə aid olan yaşayış məntəqələrindən biri kimi qəbul edilsədə, bizim üçün Şuşa müstəsna əhəmiyyətli və müqəddəs olmaqla yanaşı və sözün əsl mənasında özəldir. “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur.” Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.
Hər zaman mədəniyyətə, mədəni irsə və mədəni dəyərlərin yaşadılmasına böyük önəm verən Azərbaycan xalqı, dövləti və onun rəhbərliyi bu ənənəsini azad Şuşanın timsalında bir daha təsdiq etdilər.Qafqazın mədəniyyət və musiqi beşiyi olan Şuşanın işğaldan azad olunmasından dərhal sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev bu qədim şəhərin milli və bəşəri mədəni dəyərlərinin qorunması və yaşadılması üçün bütün dünyaya bir çağırış etdi.Şuşanın, onun mədəni irsinin təkcə Azərbaycan xalqına aid olmadığa səs verən beynəlxalq təşkilatlar dərhal öz qərarlarını açıqladılar:
Şuşa İslam Mədəniyyətinin Paytaxtı elan edildi.
Şuşa Türk Dünyasının Mədəni Paytaxtı elan edildi.
Şuşa Azərbaycanın Mədəniyyət Paytaxtı elan edildi.
Artıq “Xarıbülbül” – Şuşa azaddı, “Xarıbülbül” azad böyüyür, azad açır, azad nəfəs alır və azad da yatır.
Məleykə Ağayeva,
YAP Sabirabad rayon təşkilatının sədri