Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən ay 2 nəfər mina partlayışından zərər çəkib



Newscenter.az.2.09.2021. “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyətini davam etdirir.

Newscenter.az xəbər verir ki, təşkilat tərəfindən rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin avqust ayında 2 hadisə nəticəsində 2 nəfərin piyadalar əleyhinə minalardan zərər çəkdiyi qeydə alınmışdır. Nəticədə biri mina təmizləyən olmaqla iki mülki şəxs yaralanmışdır. 2021-ci ilin avqust ayında minalarla bağlı hadisələr Ağdam və Daşkəsən rayonlarının ərazisində baş vermişdir.

Ümumilikdə 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikasının 82 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınmışdır.

11 Avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış ərazisində müvəqqəti yerləşən Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin nəzarət etdiyi Xocavənd rayonunun Yenikənd kəndində 3 nəfər Ermənistan hərbçisi mina partlayışından yaralanıb. Qeyd edək ki, həmin ərazilər 30 il Ermənistan hərbçilərinin nəzarəti altında olub və hazırda Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazidir.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar.

Mehman
Xəbəri paylaş