Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir



Newscenter.az.2.09.2021. Şuşa Azərbaycanın mədəniyyət beşiyidir, Pənahəli xanın mirasıdır, Qarabağın baş tacıdır, Qafqazın sənət məbədidir, xalqın qürur yeridir, tariximizin rəngarəngliyinin sübutudur, dünya səviyyəli ziyalılarımızın həyata atdığı ilk addımların məskənidir. Ulu öndər Heydər Əliyev Şuşanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu bildirərək deyib: “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

“Şuşasız bizim işimiz yarımçıq olar” söyləyən Prezidentimiz İlham Əliyev bu qədim şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini qaytardı. Cənab Prezident yanvarın 5 də videkonfurans zamanı Şuşanın Mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı demişdir: “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”.
Şuşada görüləsi çox işlər var. Şuşa ilə bağlı çox arzularımız, çox planlarımız var. İnşallah, Şuşa arzumuz kimi bütün arzularımız reallığa çevriləcəkdir. Dövlətimizin başçısının dediyi kimi:Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Səbinə Qarayeva,
YAP Sabirabad rayon təşkilatının gənc fəalı
Xəbəri paylaş