Newscenter.az.4.09.2021. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisinin park və yaşıllıqlarında zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmənin vaxtında aşkar edilməsi və onlara qarşı mübarizə tədbirlərinin görülməsi üçün fitosanitar monitorinqləri davam etdirir.
Newscenter.az-a AQTA-dan bildirilib ki, Agentliyin fitosanitar müfəttişləri tərəfindən Ağdam, Bərdə və Tərtər rayonlarının ərazisində yerləşən 22 ha park və yaşıllıqlarda həyata keçirilən monitorinqlər nəticəsində 6 ha sahədə karantin tətbiq edilən zərərvericilər olan Yaponiya yalançı qalxanlı mumlu yastıcası (Ceroplastes japonicus) və komstok yastıcası (Pseudococcus comstocki) ilə zəif sirayətlənmə aşkar olunub. Bununla bağlı olaraq, mübarizə tədbirləri çərçivəsində mexaniki təmizləmə işləri aparılıb və digər zəruri tədbirlər həyata keçirilib.
Mehman