Newscenter.az.4.09.2021. "Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın milli maraqlara, bəşəri dəyərlərə əsaslanan çoxşaxəli fəaliyyəti həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə çox yüksək qiymətləndirilir".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım səsləndirib. Millət vəkili bildirib ki, Mehriban xanım Əliyeva ötən müddət ərzində milli maraqları daim üstün tutaraq xalqa və dövlətə ləyaqətlə xidmət edib, vətəndaş məmnunluğunun artmasına, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən mühüm təşəbbüslərlə çıxış edib, xüsusilə də sosial məsələlərin həllinə yüksək diqqət göstərib:
"Bunlarla yanaşı, fəaliyyəti humanizm və vətənpərvərlik prinsiplərinə əsaslanan Mehriban xanım Əliyeva ölkəmizin müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına müstəsna töhfələr verib. Mehriban xanım Əliyevanın fəaliyyəti xanım millət vəkili olaraq hər birimizə örnəkdir".
Mehman