Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev bütün nailiyyətləri ilə yanaşı, həm də torpaqlarımızın xilaskarı oldu



Newscenter.az.4.09.2021. "Azərbaycanın yeni tarixini yazan Prezident İlham Əliyev bütün nailiyyətləri ilə yanaşı, həm də torpaqlarımızın xilaskarı oldu. Bu gün 44 günlük Vətən müharibəsində tarixi zəfər qazanan Azərbaycan bölgədə və dünyada yeni reallıqlar yaradıb".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Fatma Yıldırım deyib ki, qazanılmış bütün bu uğurlarda YAP üzvlərinin də böyük payı var:

"Vətən müharibəsi dövründə YAP Bərdə rayon təşkilatının üzvləri də aktivlik göstərib, bərdəlilər qonşu rayonlardan rayonumuza gəlmiş qırx min nəfərə yaxın insana qucaq açaraq onlarla birlik nümayiş etdiriblər. Bugün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlətin əsas prioritet istiqamətidir. YAP Bərdə rayon təşkilatının üzvləri də mütəmadi olaraq şəhid ailələri və qaziləri ziyarət edərək onları diqqətdə saxlayır. Bundan sonra da davamlı olaraq şəhid ailələri və qazilər diqqətdə saxlanmalı, onların problemlərinin həlli hər birimizin əsas vəzifələrimizdən biri olmalıdır".

Millət vəkili qeyd edib ki, ümumiyyətlə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi və rifahı dayanır:

"Xalqımız da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında möhkəm birlik yaradıb və bu birlik Vətən müharibəsi zamanı tarixi zəfər qazanmağımızda əsas amillərdən biri idi. Bizdə Yeni Azərbaycan Partiyasından millət vəkili olaraq Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2020-ci il mart ayının 10-da Milli Məclisdə nitqi zamanı yeni seçilmiş parlamentə etdiyi tövsiyəsinə uyğun seçicilərimizlə mütəmadi görüşlər keçirir, onların qaldırdığı məsələlərin həllinə nail olmağa çalışırıq. Yarandığı gündən Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi bütün bacarığını dövlətə, xalqa xidmətə yönəldərək Azərbaycanın qazandığı davamlı uğurlara öz layiqli töhfəsini verib. Təsadüfi deyil ki, Azərbaycan ictimaiyyətinin birmənalı şəkildə dəstəklədiyi Yeni Azərbaycan Partiyası bu zamana qədər qatıldığı bütün seçkilərdə qələbə qazanıb. Prezident, parlament və bələdiyyə seçkilərinin nəticələri, bütövlükdə, Yeni Azərbaycan Partiyasının üstün nüfuzunu, xalqın bu partiyaya inamını göstərən başlıca amillərdəndir".

Sevinc
Xəbəri paylaş