Newscenter.az.5.09.2021. Dünyada COVID-19-a yoluxma hallarının sayı 220 289 425 təşkil edir.
Newscenter.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins universiteti bildirib.
Qeyd edilir ki, pandemiya ərazində COVID-19 qurbanlarının sayı 4 561 198 nəfərə çatıb.
COVID-19-a 20 milyondan çox yoluxma hallarının qeydə alındığı ölkələrin siyahısında ilk üçlüyə ABŞ, Hindistan və Braziliya daxildirr.
ABŞ koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada liderdir. Bu ölkədə COVID-19-a 39,9 milyon yoluxma aşkarlanıb, ölənlərin sayı 648,1 minə çatıb.
Dünyada kronavirusa yoluxma hallarının sayına görə ikinci yerdə Hindistan qərarlaşıb. Cənubi Asiya ölkəsində COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 32,9 milyondur, ölkədə virusdan ölüm hallarının ümumi sayı 440,5 min təşkil edir.
Dünyada COVID-19-a yoluxma hallarının sayına görə üçüncü yerdə qərarlaşan Braziliyada 20,8 milyon koronavirus xəstəsi qeydə alınıb, 583,3 min insan pandemiyanın qurbanı olub.
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Anar TAGIYEV