Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya sülhməramlı qüvvələri separtizmə dəstək verəcək



Newscenter.az.7.09.2021. "Rusiya sülhməramlı qüvvələrinin mandatının təsdiqlənməsi o əsasda ola bilər ki, Laçın dəhlizində Azərbaycan postu və erməni silahlı birləşmələrinin Qarabağda əldə olunmuş razılığa əsasən çıxarılması nəzərdə tutulsun. Əgər, belə bir razılıq olmasa, Rusiya sülhməramlı qüvvələri separtizmə dəstək verəcək".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Azərbaycanla Rusiya arasında aparılan danışıqlar prosesində Kreml Azərbaycanın maraqlarına uyğun olaraq addım atmaq məcburiyyətində olacaq:

"Əksi isə, Moskvanın "Sülhməramlı" kimi fəaliyyətinə qarşı ciddi şəkildə basqılar olacaqdır".

Mehman
Xəbəri paylaş