Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağstafanın həbsdə olan sabiq icra başçısı koronavirusdan vəfat edib



Newscenter.az.8.09.2021. Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyev vəfat edib.

"Report"un Qərb Mərkəzinin məlumata görə, N.Quliyev sentyabrın 7-də saxlanıldığı təcridxanda ölüb.

Keçmiş icra başçısının Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, N.Quliyev 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın xəbərinə görə, sabiq icra başçısı Gəncə modul tipli xəstəxanasında COVID-19-dan vəfat edib.
Xəbəri paylaş