Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəşəriyyət qarşısında vəhşi obrazı ilə tanınan Ermənistanın bütün nicat qapıları üzünə bağlanmaqdadır



Newscenter.az.10.09.2021. 44 günlük Vətən müharibəsində faşist Erməmistanın döyüş meydanında acınacaqlı məğlubiyyətinin əvəzini Azərbaycanın mülki obyektlərinə, yaşayış binalarına, məktəb və bağçalara, vətəndaşların sıx toplaşdığığı yerlərə raket və artilerriya zərbələri endirməklə insanlığa sıxmayan vəhşiliyini təsdiq etdi. Erməni terrorizmi sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanda 54 məktəbı dağıdaraq yararasız hala gətirib. 10-dan artıq uşaq bağçası, incəsənət və idman məktəbləri, texnikumlar da hücuma məruz qalıb.

Təkcə Tərtərdə 14 məktəb, üç uşaq bağçası, bir peşə məktəbi dağıdılıb, 17 mülki vətəndaş erməni silahlı birləşmələrinin qanunsuz hücumları zamanı öldürülüb. Ən çox zərərə məruz qalan Tərtərdə 3548 fərdi ev, çoxmərtəbəli binalarda 1735 mənzil, 163 sahibkarlıq obyekti, 47 sosial obyekt, 28 inzibati bina, 103 maşın-mexanizm, 2 qazanxana dağıdılıb.

Gəncə şəhəri və Bərdədə orta məktəblərə düşən Rusiya istehsalı olan “Smerch” raketləri nəticəsində məktəb binaları yanaraq daha ciddi xəsarət alıb. Xüsusilə də, Gəncə şəhərinin Ermənistan tərəfindən 5 dəfə ayrı-ayrı vaxtlarda bombalanması nəticəsində mülki şəxslər olmaqla 16 nəfər şəhid olub, 55 nəfər isə yaralanıb. Raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da var. Hücum nəticəsində şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər çoxsaylı binalara, avtomobillərə ziyan dəyib.

Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir, Naftalan, Ağdam, Ağcabədi və digər bölgələrin yaşaış məntəqələrini və təhsil müəssisələrini hədəf alması nəticəsində orta məktəblərdə tədrisın aparılması yolverilməz hala gəlmişdir.

Dəfələrlə erməni vandallığına göz yuman “Human Rights Watch” təşkilatı belə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın müxtəlif rayonlarında təhsil müəssisələrinə və mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətlərinə göz yuma bilməyib və bu vəhşiliyi təsdiq edəb foto-videofaktları paylaşmağa məcbur olubdur.

Ali Baş Komandan İlham Əliyevin Qələbədən sonra dərhal başlatdığı bərpa-quruculuq işləri həm Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş təhsil müəssisələrində təmir-tikintisinə yönəlib. Cənab Prezidentinin sərəncamı ilə Gəncə, Bərdə, Ağdam, Goranboy, Tərtər və digər rayonlarda orta məktəblərə dəymiş ziyan aradan qaldırılmaqdadır.

Bu gün yeni tədris ilinin başlanmasına bir neçə gün qalıb, Ermənistanın sıradan çıxardığı məktəblərin böyük bir qismi qısa müddətdə əsaslı təmir olunaraq əvvəlkindən də yaxşı görkəmdə tədrisə hazır vəziyyətə gətirilib. Digər məktəblərdə təmir-bərpa işləri sürətlə davam etdirilir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bütün məktəb və bağçaların bərpa və yenidən qurulması həyata keçirilir. Fond həm də Azərbaycanın ilk qəza məktəbi - Şuşa şəhəri 1 nömrəli orta məktəbin əsasını qoyub, Ağdamda 30 il əvvəl sıradan çıxmış məktəbin yerindıə ən müasir məktəb tikir. Qarabağın hər kənd və qəsəbəsində elm və təhsil ocaqları qurulacaq. Azərbaycan dövləti çox qüdrətidir, bütün bu işləri öz gücünə görmək qabiliyyətindədir.

Bəşəriyyət qarşısında vəhşi obrazı ilə tanına Ermənistanın isə bütün nicat qapıları üzünə bağlanmaqdadır. Tarixi ədalət hər zaman haqlının yanında olur. Erməni rəzilliyi hələ çox əziyyət çəkməli olacaq.

Bu gün Xankəndində, Qarabağda yolunu azmış erməniləri müdafiə edənlər də öz layiqli cəzasını alacaqdır. Rus sülhməramlıları da anlamalıdır ki, müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında statuslarından kənar əməllərin heç bir faydası və nəticəsi olmayacaq. Hər ay çiyin-çiyinə hərbi təlimlər keçən və Laçında yerləşmiş Azərbaycan və Türkiyə hərbçiləri hər şeyə nəzarət edir.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş