Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İslahatlara kölgə salan qanunazidd əməllərinin qarşı qətiyyətlə alınır



Newscenter.az.10.09.2021. Mütəmadi olaraq yeniliklərə can atan, köhnə stereotiplərdən uzaqlaşmağa, yeni yanaşmalara üstünlük verməyə cəhd göstərən savadlı və təcrübəli əməkdaşların rəhbər işlərdə irəli çəkilməsi ümumilikdə xidmətin xeyrinədir. Bununla bağlı Prezident İlham Əliyev deyib: “Təcrübə qazanmış kadrlar daha da səmərəli öz işlərini qururlar, eyni zamanda, gənclərə də böyük meydan verilir. Bu, təbiidir, çünki gələcəkdə ölkəmizi bugünkü gənclər idarə edəcəklər”.

Dövlət Başçısının hər zaman vədəndaşının yanında olması sevincinə, dərdinə şərik çıxması xalqa xidmət missiyasının ən yaxşı nümunəsi kimi göz önündədir: "Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir” Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır.
Təəssüflər olsun ki, ölkənin inkişafına çox böyük zərbələr vuran korrupsiya və rüşvətxorluq eyni zamanda kadr siyasətini düzgün aparmayan bəzi məmurların qanunsuz addımlarına da rast gəlirik. Mövcud vəziyyətdən şəxsi maraqları naminə istifadə edən, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan məmurlar da tapılır. Diqqətəlayiq haldır ki, göstərilən etimaddan sui-istifadə edən mənfi əməllər törədən vəzifəli şəxslər ölkəmizdə tez bir zamanda ifşa edilir, layiqli cəzalarını alırlar.

Vəzifə səlahiyyətlərindən sui-istifadə edən vəzifəli şəxslərinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara kölgə salan qanunazidd əməllərinin qarşı qətiyyətlə alınır. Bu da ölkəmizdə kimliyindən, statusundan, tutduğu vəzifəsindən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabər olduğunun əyani sübutu oldu və olunmaqdadır.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş