Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova Gəncliyə Yardım Fondunun prezidenti ilə görüşüb



Newscenter.az.13.09.2021. Milli Məclisin deputatı Jalə Əhmədova Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimlə görüşüb. Bu barədə deputat özünün facebook səhifəsində status paylaşıb.

Newscenter.az millət vəkilinin həmin statusunu təqdim edir:

Azərbaycanlı və Türkiyəli xeyriyyəçilər tərəfindən 1994-cü ildə Bakıda təsis edilmiş Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimlə görüşdüm.

Görüş zamanı Ahmet Tecim, Gəncliyə Yardım Fondunun qurulduğu gündən ​ Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərinə sadiq, Vətənini, torpağını sevən, dövlətinə və dövlətçiliyinə faydalı bir nəsil olaraq yetişməsi​ üçün bacardıqlarını əsirgəmədiyini vurğuladı. Fondun Qeyri Hökumət Təşkilatı olması barədə danışan Ahmet bəy, başda humanitar yardım olmaqla təhsil, mədəni və sosial problemlərin həll edilməsi sahəsində xidmət göstərilməsi, həyata keçirilən layihələr barədə məlumat verdi. Gəncliyə Yardım Fondunun Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinə bundan sonra xidmət edəcəyini bildirdi.

Ahmet bəyə səmimi görüşə görə təşəkkürümü bildirdim və yaxşı gündə də, pis gündə də Azərbaycanın yanında olan Türkiyə ilə qardaşlıq və dostluq münasibətlərimizin dərin tarixə malik olduğunu vurğuladım. Qeyd etdim ki, Azərbaycanın zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi bunun bariz nümunəsidir.

Bununla yanaşı, iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasından, dövlətimizin ​ başçısı cənab İlham Əliyevin apardığı siyasətdən bəhs etdim. Cənab Prezidentin siyasətində ölkə vətəndaşlarının sosial rifahının daha da yüksəlməsi məsələsinin prioritet olduğunu vurğulayaraq bildirdim ki, məhz dövlət başçısının birbaşa nəzarəti altında şəhidlərin ailə üzvlərinin və qazilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Söhbət əsnasında, həmçinin Gəncliyə Yardım Fondunun yarandığı gündən bu günə kimi ölkəmizdə gerçəkləşdirdiyi humanitar layihələrin, gördüyü işlərin yüksək dəyərləndirildiyini diqqətə çatdırdım.

Görüşün sonunda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə göstərdiyi diqqətə görə minnətdarlığımı ifadə etdim və fəaliyyətlərində uğurlar arzuladım.

Jalə Əhmədova
Milli Məclisin deputatı
Xəbəri paylaş