Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nizami rayonunda yeni tədris ili ilə əlaqədar aztəminatlı ailələrin uşaqlarına yardım edilib



Newscenter.az.17.09.2021. Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və “Missiya” media qrupunun birgə təşkilatçılığı ilə yeni tədris ili ilə əlaqədar aztəminatlı ailələrin nümayəndələri ilə görüş keçirilib.

Newscenter.az xəbər verir ki, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, rayon təşkilatının “Sərdaroğulları” ƏİPT-nin sədri, “Missiya” media qrupunun rəhbəri Ramin Əhmədov bilik günü münasibətilə valideynləri və şagirdləri təbrik ediblər.

Bildiriblər ki, YAP Nizami rayon təşkilatı ənənəvi olaraq hər il Bilik Günü ərəfəsində rayonda yaşayan aztəminatlı, şəhid, Qarabağ müharibəsi əlillərinin ailələrinin nümayəndələri ilə görüşür və onların övladlarına məktəb geyimləri, çantası, ləvazimatları hədiyyə edir.

Diqqətə çatdırılıb ki, YAP Nizami rayon təşkilatı daim humanizm mövqeyindən çıxış edərək bu cür tədbirləri gələcəkdə də davam etdirəcək.
Valideynlər də göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eyni zamanda, Yeni Azərbaycan Partiyasının rəhbərliyinə minnətdarlıq ediblər.

Sonda 60-dan artıq uşağa məktəb geyimləri, çantası və ləvazimatları hədiyyə olunub, maddi yardım edilib.

Ruhiyyə

Xəbəri paylaş