Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

20 heyvan kəsimi məntəqəsində qurğular sökülüb, sahibləri cərimələnib

20 heyvan kəsimi məntəqəsində qurğular sökülüb, sahibləri cərimələnib


Sentyabrın 7-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar olunub.

Bu barədə Newscenter.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, aşkarlanan uyğunsuzluqlarla əlaqədar 20 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 20 məntəqədə kəsim qurğuları sökülüb, 3 müəssisədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Xəbəri paylaş