"Azad edilmiş ərazilərdə də bağçaların inşası nəzərdə tutulub".
Newscenter.az xəbər verir ki, bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sentyabrın 15-də Ağalı kəndindəki məktəbdə ilk zəng çalınacaq: "Həmin kənddə kifayət qədər əhali məskunlaşıb, 61 uşaq məktəbə qeydiyyatdan keçib, 18 uşaq isə bağça yaşlıdır".