Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda ilk dəfə Göygöldə Avropa Kuboku keçiriləcək

Azərbaycanda ilk dəfə Göygöldə Avropa Kuboku keçiriləcək


Azərbaycanda ilk dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turniri keçiriləcək

Azərbaycan ilk dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna ev sahibliyi edəcək.

Newscenter.az xəbər verir ki, "Report"un məlumatına görə, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan yarış 6-7 may 2023-cü ildə Göygöl Olimpiya İdman Kompleksində baş tutacaq.

Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu Bakının indiyədək Dünya çempionatı, Böyük Dəbilqə, Qran Pri və digər yarışları ev sahibliyi etdiyini xatırladıb. Növbəti belə yarış bu il 4 - 6 noyabrda keçiriləcək Böyük Dəbilqə olacaq.

Lakin onun sözlərinə görə, indiyədək Beynəlxalq Cüdo Federasiyası (IJF) və EJU-nun rəsmi təqviminə daxil olan və Azərbaycanda keçirilən beynəlxalq yarışlar adətən Bakıda təşkil edilib və bir qayda olaraq, böyüklər arasında keçirilib: "Avropa Kuboku isə regionda təşkil edilən ilk rəsmi beynəxalq statuslu yarış olacaq və yeniyetmələr arasında keçiriləcək. Bu baxımdan, bu yarışın regionlarda cüdonun kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılması baxımından mühüm rolu olacaq”.

Baş katib həmçinin Avropa Kubokunun yeniyetmələrdən ibarət milli yığmanın üzvlərinin peşəkarlıqlarını artırmaları, həmçinin növbəti il yeniyetmələr arasında Avropa və dünya birinciliklərində iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacağını vurğulayıb.

Qeyd edək ki, yarış bitdikdən sonra yarışda iştirak edəcək ölkələrin idmançılarının iştirakı ilə 8 - 10 mayda beynəlxalq təlim-məşq toplanışı da təşkil ediləcək.

ACF növbəti illərdə Göygöl Avropa Kubokunun ənənəvi şəkildə təşkil edilməsi, həmçinin gənclər arasında da Avropa Kuboku yarışının Azərbaycanda təşkil edilməsi üçün EJU ilə əməkdaşlığını davam etdirəcək.
Xəbəri paylaş