Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Xankəndinə köçməsi və onun məqsədi barədə müxtəlif fikirlər var. Bir-birinə tam ziddiyətli fikirlərin içində ağır yükə malik olan və Rusiya mətbuatının dövr etdirdiyi Ruben Vardanyanın güya Rusiyaya xəyanət etdiyi informasiyasıdır. Rusiya tərəfindən Kreml siyasətinin təbliğatçılarından olan kütləvi informasiya vasitələri Ruben Vardanyanın Qarabağa, Xankəndinə getməsini satqınçılıq kimi göstərməkdə olduqca çox maraqlı görünür və belə çıxır ki, Vardanyanın Rusiya ilə əlaqəsini və onun adamı olmasını gizlətmək üçün bu informasiya dövr etdirilir.
Ancaq, Kreml və Putin siyasətinin qısa analizi göstərir ki, Vardanyan məsələsi Rusiyanın Azərbaycanda-Qarabağda və Ermənistanda yeni maskalamaq istədiyi gedişidir və bu gediş Ermənistan Azərbaycan arasında bağlanması mümkün görünən sülh sazişinin yarada biləcəyi sülhə qarşı çıxa biləcək Xankəndi ermənilərinin Ermənistandan asılı olmayacaq şəkildə separatizmi yaşatmaq istəyindən ibarətdir. Əvvəla, rusiyalı milyarder Vardanyan heç siyasətçi deyil və heç özbaşına da deyil, onun Kreml tərəfindən hazırlandığı şübhəsizdir.
Umumiyyətlə rusiyalı bütün biznesmenlər, iş adamları və ələlxüsus dollar milyarderləri, oliqarxlar birbaşa Kremlin və şəxsən Putinin nəzarətində və "dabro"sunda fəaliyyət göstərir. Kremlin diktəsindən kənara çıxan oliqarxların şəxsi həyatı və biznesi məhv olur. YUKOS-un prezidenti Mixail Xodorkovskinin, iş adamı, sahibkar Boris Berezovskinin nümunəsi bütün rusiyalı oliqarxlarını və iş adamlarını yaxşı "sözəbaxan" edib.
Rusiyanın Ukrayna təcavüzünə qarşı çıxanlar və o çümlədən Çiçivarkin kimi iş adamları, biznesmenlər müharibədən öncə Avropada olanlardır. Rusiyadan və Putindən qacıb, dünyanın bu ölkəyə və siyasi elitasına qarşı sanksiyalar fonunda öz mal-mülkünü xilas etmək istəyənlər çoxdur. Ancaq Qərb rusiyalı iş adamlarına inanmadığından onların publik şəkildə Putinə və Rusiyanın Ukrayna təcavüzünə qarşı çıxmağı tələb edir.
Mühafibədın sonrakı dövrdə qəbul olunmuş yeni qanuna əsasən Rusiyada müharibəyə qarşı çıxanlar cinayət məsuliyyətinə cəlb edilərək həbs edilirlər. Ona görə də Ruben Vardanyan ona məxsus biznesi, malı-mülkü sanksiyalardan qorumaqdan ötəri, publik şəkildə Rusiyanın Ukrayna təcavüzünə və Putinin siyasətinə qarşı çıxmalı və Qərb ölkələrinə getməli olmalı idi. Vardanyan bütün bunları etmədən özü də Azərbaycana, Qarabağa rus "sülh məramlılarının" məsuliyyət zonasına gəlməsi heç də onun Rusiyaya qarşı xəyanəti deyil, əksinə Vardanyan Rusiyaya xidmət üçün Xankəndinə ezam edilib və necə deyərlər Rusiyanın missioneridir.
Sözsüz ki, Vardanyanın Xankındidə Kremlin təlimatına uyğun görməli işləri var. Qeyd etdiyim kimi, birincisi, Ermənistan Azərbaycan arasında mümkün sülh müqaviləsindən sonra Qarabağ ermənilərinin Ermənistandan asılı olmayaraq rus "sülhməralılar"ının" və "rus icması"nın dəstəyi ilə separatizi dirçəltmək, konfliktin həll olmadığını göstərib regionda rus ordusunun mövcudluğunu təmin etməklə region ölkələrinə təsir imkanlarını saxlamaq istəyidir. Kremlə görə hər şey qurulan xətt üzrə gedərsə Ruben Vardanyanı Ermənistanın rəhbərliyinə də gətirmək mümkün olar. Ermənistanda antirus meyilləri güclü olduğundan və bu meyl inkişaf etdiyindən Rusiya öz adamı Vardanyanı satqın, xain kimi qələmə verməklə antirus mövqeyində olanları aldatmaq, üstələmək istəyir. Həm də Kreml Vardanyana satqın adı qoymaqla Azərbaycan və Türkiyəyə göstərmək istəyir ki, Vardanyanla əlaqəli onun Xankəndi və ətraf ərazilərdə məkrli planı yoxdur, daha doğrusu gələcəkdə baş verə biləcək problemlərdə əli yoxdur.
Vardanyanın bütün Ermənistan üçün yeni qüvvə olması üçün təbii ki, onun Xankəndidə fəaliyyətindən asılı olacaq və onun fəaliyyətinin uğuru isə Azərbaycanın Xankəndi və ətraf ərazilərlə bağlı həyata keçirdiyi sərt və qətiyyətli siyasi, hərbi siyasəti kontekstində perspektivsizdir və onun da ən yaxşı halda geri Rusiyaya qayıdacağı, daha doğrusu Xankəndidən qaçacağı gözləniləndir. Hər bir halda Rusiyanın Vardanyan gedişinə ciddi yanaşmaq, prosesləri diqqətlə izləmək vacibdir.
Odur ki, Rusiyadan "qaçıb gələn" Ruben Vardanyan Putinin əsgəridir və onun tapşırıqlarını yerinə yetirəcək. Umumən Kreml hakimiyyətinin Azərbaycan maraqları ilə hesablaşması, Vardanyanla bağlı Kremlin daha ehtiyatlı davranması səbəbi Rusiya-Ukrayna müharibəsi kontekstində Türliyə və Azərbaycanın Rusiya üçün həyati əhəmiyyətidir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq