Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Azərbaycan ordusu qüdrətinə, nizamlılığına və gücünə görə dünyanın ən qabaqcıl orduları sırasındadır

Sədaqət Vəliyeva: Azərbaycan ordusu qüdrətinə, nizamlılığına və gücünə görə dünyanın ən qabaqcıl orduları sırasındadır


Sentyabrın 6-da Bakı Expo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri keçirildi. Sərgilərdə iştirak edən ölkə başçısı, cənab Prezident İlham Əliyev sərgilərlə tanış olub. Daha sonra Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev sərgi iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxudu.

Təbrik məktubunda, keçirilən sərgilərin Vətən müharibəsindəki qazanılmış parlaq qələbədən sonra Azərbaycanın təşkil etdiyi ilk beynəlxalq müdafiə sərgisi olduğunu vurğulayan Ali Baş Komandanımız cənab İlham Əliyev, Azərbaycanın öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə hər zaman xüsusi önəm verdiyini diqqətə çatdırıb, Şanlı ordumuzun İkinci Qarabağ Müharibəsində qazandığı parlaq qələbədən bəhs edərək, Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsinin inkişaf etmiş ölkələrin hərbi mərkəzləri tərəfindən diqqətlə öyrənildiyini xüsusi vurğulayıb. Eyni zamanda Ölkə başçısı, cənab prezident İlham Əliyev təbrik məktubunda, Azərbaycan Silahlı Qüvvələrinin və ölkəmizin müdafiə qabiliyyətinin daha da gücləndiriləcəyini və “ADEX-2022” sərgisinin Azərbaycanın müdafiə sənayesinin elmi-texnoloji potensialının artırılmasına müsbət töhfə verəcəyini bildirib.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, bu gün Azərbaycan ordusu öz qüdrətinə, nizamlılığına və gücünə görə dünyanın ən qabaqcıl orduları sırasındadır. Dünya ictimaiyyəti İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun gücünə və qəhrəmanlığına şahidlik etdi. Vətən müharibəsi zamanı Azərbaycan ordusu gücü və qüdrəti ilə yanaşı öz humanistliyini də göstərdi. İkinci Qarabağ müharibəsi zamanı bir nəfər belə olsun mülki erməni vətəndaşının burnu qanamadı:

“Qüdrətli Azərbaycan ordusu Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində 21-ci əsrin müharibəsini apardı. Əlbəttə bütün bunlar Ali Baş Komandan, cənab Prezidentimiz İlham Əliyevin ordu quruculuğu və hərb sahəsində həyata keçirdiyi müdrik siyasətin nəticəsidir.”

Ruhiyyə
Xəbəri paylaş