Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni qanun layihəsi heç də bütün partiyaların faydalı fəaliyyətini təmin etmək üçün nəzərə alınmayıb

Yeni qanun layihəsi heç də bütün partiyaların faydalı fəaliyyətini təmin etmək üçün nəzərə alınmayıb


Siyasi partiyalar haqqında qanun layihəsinin bir çox müddəaları, bəzi siyasi partiya funksionerlərini bərk narahat edib. Əslində siyasi partiyaların fəaliyyəti və vəziyyətini dəyərləndirməkdən həmişə uzaq durmuşam. Çünki, anlaşılmazlıq yaranır və fikirlərimə çox vaxt pis tərəfdən yanaşılır. Əslində isə ölkəmizdə fəaliyyət göstərən heç bir siyasi partiya kiminsə şəxsi mülkü olmamalıdır və partiya funksionerləri vətəndaşın ağzını bağlamağa çalışmamalıdır. Çünki, siyasi partiyalar Azərbaycan xalqını təmsil edir.

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Çingiz Şahbazi səsləndirib. O bildirib ki, yeni qanun layihəsi heç də bütün partiyaların faydalı fəaliyyətini təmin etmək üçün nəzərə alınmayıb:

"Bu ümumi olaraq belədir.Amma, gücünə inanan hər hansı bir təşkilat, hətta belə bir qanun layihəsindən öz xeyrinə istifadə etmək imkanı saxlaya bilər. Sözsüz ki, mövcud qanun layihəsinin qəbul edilməsindən sonra, ölkənin əksəriyyət siyasi partiyaları , bu qanun layihəsindən irəli gələn vəziyyətə uyğunlaşmayacaq və bu vəziyyətdə onların siyasi fəaliyyətlə məşğul olmalarında ciddi problemlər meydana çıxacaq. Onların başqa partiyalara transfer olma zərurəti qaçılmazdır. Qanun layihəsinin bütün müddəalarından səmərəli istifadə etmək üçün işlər aparılmalıdır və imkanlar ələ alınaraq faydalı addımlar atılmalıdır.Hər şeydə bir xeyir var".

Mehman
Xəbəri paylaş