"2 Fevral-Gənclər Günü ümummilli lider Heydər Əliyevin gənc nəslə olan ərməğanı, hədiyyəsidir. Azərbaycan tarixində belə bir günün qeyd edilməsi Ulu öndərin gənclərə nə dərəcədə diqqət və qayğı ilə yanaşdığının təsdiqi idi".
Bu fikirləri Newscenter.az-a "Təhsilə Dəstək və Gənclərin Maarifləndirilməsi" İctimai Birliyinin sədri Ruhiyyə Mehdiyeva səsləndirib. O bildirib ki, ümummilli lider istər Sovet hakimiyyəti illərində, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə gənc nəslə xüsusi diqqət və qayğı ilə yanaşıb, onların ölkənin ictimai-siyasi həyatda rolunun artırılması üçün əlindən gələni sərigəməyib. Məhz bu siyasət və göstərilən dövlət qayğısının nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında, ümumiyyətlə həyatımızın bütün sahələrində fəal rol oynayırlar".
İctimai Birlik sədri deyib ki, ümummilli liderin müəyyənləşdirdiyi siyasət bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mehman