"İranın səfirliyimizə terror hücumundan dolayı Azərbaycandan üzr istəməyib, əksinə Bakıya qarşı növbəti təxribatlar həyata keçirməsi Tehran üçün ciddi problemlər yarada bilər. Ölkələr arasındakı gərginlik Tehrana hər bir sahədə olduğu kimi, iqtisadi sahədə də zərbə vuracaq".
Newscenter-az xəbər verir ki, İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzi belə bir açıqlama ilə çıxış edib. Mərkəzdən daxil olan açıqlamada bildirilib ki, Tehranın inadkarlığı Azərbaycanls İran arasında iqtisadi sahədə əlaqələrin dayandırılmasına yol aça bilər:
"Bu isə heç şübhəsiz ki, onsuz da ağır vəziyyətdə olan İran iqtisadiyyatının uçuruma yuvarlayacaq. Azərbaycan kimi bir bazarı itirmək İran İqtisadiyyatına güclü zərbə vuracaq".
Mərkəz hesab edir ki, ölkələr arasında olan gərginlik birgə layihələrin icrasını da yarımçıq qoyacaq.
Mehman