Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda Azərbaycana qarşı çox ciddi qısqanclıq var-VİDEO

İranda Azərbaycana qarşı çox ciddi qısqanclıq var-VİDEO


"İranda Azərbaycana qarşı çox ciddi qısqanclıq var. Bunun da səbəbləri məlumdur".

Newscenter.az xəbər verir ki, bu fikirləri sabiq millət vəkili Cahangir Hüseynov səsləndirib. Onun sözlərinə görə, İran ehtiyyat edir ki, Azərbaycan dövlətinin daha da inkişaf edib güclənməsi bu ölkədəki azərbaycanlıların Şimali Azərbaycana birləşmək istəyini artıra bilər:

"Ona görə mümkün qədər İran Azərbaycana zərbə vurmağa çalışır".

Sabiq millət vəkili deyib ki, İranın ikinci bir böyük dərdi Zəngəzur dəhlizi ilə bağlıdır:

"Çünki Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanla Türkiyə arasında əlaqələr daha da genişlənəcək. Bu amil isə İranın ürəyincə deyil. İran heç zaman Azərbaycanla Türkiyənin yaxınlaşmasından yana olmayıb"



Mehman
Xəbəri paylaş