Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda mürtəce rejim hökm sürür-ÖZƏL

İranda mürtəce rejim hökm sürür-ÖZƏL


"Təssüf hissi ilə qeyd etmək lazımdır ki, XXI əsrdə hələ də müəyyən ölkələrdə mürtəce rejimlər qalır və belə rejimlərdən biri də İrandır. İran rejimi bu ölkənin ərazisində yaşayan digər xalqlara, o cümlədən 40 milyona yaxın Azərbaycan türkünə qarşı qeyri-insani münasibət sərgiləyir".

Newscenter.az xəbər verir ki, bu fikirləri sabiq millət vəkili Cahangir Hüseynov səsləndirib. O bildirib ki, İranda baş verən kütləvi etirazlar da məhz bu problemdən qaynaqlanırdı:

"İran öz ərazisində yaşayan xalqlar, xüsusən azərbaycanlıları bütün siyasi hüquqlardan məhrum etməklə yanaşı, hətta onlara öz ana dilində təhsil almağa belə imkan vermir. Bu da bir daha İran rejiminin nə dərədə amansız, qəddar olduğunu ortaya qoyur".

Mehman
Xəbəri paylaş