Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rumıniya Prezidenti sabah Azərbaycana gələcək

Rumıniya Prezidenti sabah Azərbaycana gələcək


Rumıniya Prezidenti Klaus İohannis fevralın 2-3-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Newscenter.az-ın mılumatına görə, "Report" Rumıniya mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində K.İohannis ikitərəfli münasibətlərin inkişafı, habelə enerji, nəqliyyat, ticarət, investisiya, rəqəmsallaşma, kənd təsərrüfatı, təhsil və mədəniyyət kimi sahələrdə əməkdaşlıqla bağlı məsləhətləşmələr aparacaq.

Bununla yanaşı, Rumıniya dövlət başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak edəcək.

Həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji və nəqliyyatın inkişafı sahəsində strateji tərəfdaşlıq haqqında saziş üzrə danışıqlara diqqət yetiriləcək. Digər müzakirə mövzusu Rumıniya ilə Azərbaycan Avropa və Mərkəzi Asiya arasında strateji təşəbbüslər üzrə əməkdaşlığın genişləndirilməsi olacaq.

K.İohannisin Bakıya səfəri 2022-ci il dekabrın 17-də Buxarestdə dövlət başçıları arasında aparılmış danışıqların davamıdır.

Qeyd edək ki, Azərbaycan Cənubi Qafqaz regionunda Rumıniya ilə ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldıran ilk dövlətdir.
Xəbəri paylaş