![Sabahdan hava soyuyur-XƏBƏRDARLIQ](/uploads/posts/2023-02/ca765544-8089-318c-9508-6d2ad231875d_850.jpg)
Fevralın 2-si axşamdan 3-ü günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Newscenter-az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında fevralın 2-si qərb rayonlarından başlayaraq 3-ü axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Sevinc